İstənilən platformalarda kontentin kompromizsiz idarə edilməsi.

Kontenti işləyib-hazırlamaqda, yaratmaqda və onu idarə etməkdə Sizə kömək edən unikal həll! Kontentinizi saytlar, mobil tətbiqlər, kommersiya məqsədli müxtəlif elektron qurğular (informasiya və reklam lövhələri, elektron menyular və s.) kimi platformalara asanlıqla inteqrasiya edin.


Sürətli və keyfiyyətli nəticə əldə etmək üçün müasir hazırlama vasitələrindən maksimum istifadə edin.

İşləyib-hazırlayanların tapşırıqlarına ideal diqqət. Vue, React, Angular, Kotlin, JAVA, Swift və digər bu kimi Sizə rahat işləyib-hazırlama alətlərindən istifadə edin.

Headless CMS interfeysdən asılı olmayaraq özündə yalnız kontenti birləşdirir, buna görə də Siz istənilən platformada və istənilən layihə üçün universal olan hazır bir bakend-lə işləyə bilərsiniz. Belə bir yanaşmanın üstünlüyü ondan ibarətdir ki, Siz miqyaslana bilən hazır bir backend, transformasiya olunan sistem, bütün saytları və tətbiqlərini bir platformada idarə etmək imkanını əldə edirsiniz.

Belə bir konsepsiya sayəsində HCMS işləyib-hazırlamaya çəkilən maliyyə xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaratmaqla yanaşı, o, demək olar ki sonsuz dərəcədə miqyaslanandır.


Kontent yaradanlar üçün sadə həll.

Mətnin, şəkillərin əlavə və redaktə edilməsi üçün rahat və asan interfeys, fformaların asanlıqla yaradılması. Sistem, ilk növbədə, işləyib-hazırlayanlardan tutmuş kontent yaradanlara və marketoloqlaradək bütün komandanın rahatlığı üçün nəzərdə tutulmuşdur.

İstifadəçilərinizlə eyni dildə danışın.

Sistem çoxdilli layihələrlə işləməyi təmin edir. Kontenti müxtəlif dillərdə idarə edə, istifadə edilən dildən asılı olaraq kontentinizin strukturunu tərtib edə bilərsiniz

İstənilən miqyaslı və çətinlik dərəcəli layihələr üçün uyğundur.

OneEntry sisteminin imkanları sonsuzdur

  • Frontend-də əla qaydada işləyəcək olan struktur və kontent yaradın. Avtomatik olaraq optimallaşan şəkillərlə kontentinizə fərqlilik qatın.

  • Əlaqə formaları, sorğular, rəylər vasitəsilə istifadəçilərinizlə daim əlaqədə olun. Sistemin köməyiylə bütün bu alətləri asanlıqla və tez bir zamanda idarə etmək mümkündür.

  • İnternet-mağazalar üçün bütün alətlər dəsti: məhsul kataloqlarını yükləyin, sifarişləri qəbul və təsdiq edin, endirimləri, kampaniyaları, çatdırılma və ödənişləri idarə edin, istifadəçilərin şəxsi kabinetlərini yaradın, statistikaya baxın. Omnikanal satışlar üçün bütün alətlər.

  • OneEntry sistemi rahat iş prosesi üçün tam alətlər dəstini təmin edir.

OneEntry sisteminin imkanları sonsuzdur


İstifadə sahələri


İstifadə sahələri

  • Korporativ saytlar və lendinqlər

    • Digital biznes layihələrin rahat şəkildə yaradılması və optimallaşdırılması.

    • Marketinq alətləri.

    • Lazım olduqda layihənizi asanlıqla inkişaf etdirin.

    • Auditoriyanızla əlaqədə olun, konversiyaların artırılması üçün asanlıqla əlaqə formaları, sorğular, şərhlər yaradın.

  • E-commerce. İnternet-mağazalar

    • Məhsul kataloqlarında böyük həcmdə məlumatlarla işləmək üçün optimallaşdırılmış proseslər.

    • Məhsul kataloqunun sadə yüklənməsi.

    • Marketoloqlar üçün alətlər – məşhur malların sadə və geniş statistikası, daimi müştərilər üçün endirimlər, kampaniyalar, ucuz qiymətə satışlar, yığım endirimlərinin ayarlanması.

    • Ödəmə və çatdırılma sistemləri ilə inteqrasiya.

  • Mobil tətbiqlər

    • İnternetdən istifadənizi genişləndirin, istənilən cihazlar vasitəsilə auditoriya üçün əlçatan olun.

    • Məlumatların çevik şəkildə strukturlaşdırılması.

    • Bir servisin köməyiylə bütün platformalar üçün kontentin idarə edilməsi.

    • Tətbiqin genişlənən strukturu.

  • Biznes üçün tətbiqlər

    • Siz restoranlar üçün elektron menyu, ticarət mərkəzləri üçün naviqasiya xəritələri, xidmət sahələri üçün şəxsi kabinetlər və kontentin idarə olunması üçün tələb olunan istənilən hər şeyi yarada bilərsiniz.


Şəffaflığa əsaslanan və hər an Sizə kömək etməyə hazır olan komyunitinin bir hissəsinə çevrilin!

Komandamızda müxtəlif səviyyəli mütəxəssislər var: öz karyerasını yeni qurmağa başlayanlardan tutmuş müxtəlif ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislərədək, çünki bu sistem müxtəlif hazırlıq səviyyəsi olan istifadəçilərin geniş dairəsinə istiqamətlənmişdir.

Yeni işləyib-hazırlayanlar məhsulu öz səviyyələrində sınayırlar, ixtisaslı işləyib-hazırlayanlar isə biznes və texnologiyanın müxtəlif sahələrindən əldə etdikləri təcrübədən istifadə etməklə məhsulun məntiqini və sürətini artırırlar.

Öz innovasiyalılığıyla canlı maraq doğuran layihə üzərində çalışdığımız müddət ərzində elə bir unikal icmamız yaranmışdır ki, burada təcrübəli mütəxəssislər həmişə yeni başlayanlara peşəkarlıq yollarında irəliləyərək inkişaf etməkdə kömək etməyə hazırdırlar.

...

Çeviklik, dəyişməyə hazır olmaq, yeni ideyaları qəbul etmək – icmamızın əsas prinsiplərindəndir. Burada həmişə eşidiləcəksiniz!


Unikal məhsulları bizimlə birgə yaradın, sınaqdan keçirin, inkişaf etdirin!